Rus qazından imtina edən Bolqarıstan Azərbaycandan qaz idxalını 2 qat artıracaq.
Bakupost.az xəbər verir ki, bu barədə ölkədəki səfir Hüseyn Hüseynov məlumat verib.
Bildirilir ki, 2021-ci ildən Azərbaycandan "Transadriatik" qaz xətti ilə Bolqarıstan ildə 300 milyon kub metr qaz alır.
İyulun 1-dən isə qazın həcmi artırılacaq. Bu, “Yunanıstan-Bolqarıstan” interkonnektoru vasitəsilə nəql olunacaq.
Artıq test işləmləri başlayıb.
Bu interkonnektorun işə düşməsi nəqli 3 milyard kubmetrə çatdırmağa imkan verəcək. Belə olarsa, təkcə Bolqarıstan yox, bir neçə Avropa ölkəsi Azərbaycandan qaz alışını artıracaq.
Xatırladaq ki, "Qazprom" aprelin sonundan qaz nəqlini dayandırıb. Bu ölkə rublla ödəniş şərtini qəbul etməyib. Hökumət rus qazına alternativ mənbələr axtarır.
Aygün Musayeva
BakuPost
Biz,bu qazı düşmənimiz yunanıstan olmadan verə bilsək əla olar.