Ru
12:51 / 27 İyun 2022

Rusiya defolt elan edib - "Bloomberg"

2560
Rusiya iyunun 27-də dövlət borcu öhdəlikləri üzrə defolt edib.


Bakupost.az “Bloomberg“ agentliyinə istinadən xəbər verir ki, Moskva 100 milyon dollarlıq faiz ödəməsinin son ödəniş tarixini qaçırıb.


Agentliyin fikrincə, Rusiya son yüz ildə ilk dəfə beynəlxalq borclarından birini ödəyə bilməməsi səbəbilə özünü defolt (borc öhdəlikləri üzrə ödənişlərin icra edilməsi mümkünsüzlüyü) elan edəcək.


Ölkənin borcları ödəyə biləcək qədər vəsaiti olsa da, sanksiyalar bu ödənişin həyata keçirilməsini əngəlləyib.


Qeyd edək ki, Rusiya son dəfə 1918-ci ildə beynəlxalq borcunu ödəyə bilməmişdi. Həmin vaxt ölkəyə rəhbərlik edən Lenin Rus imperiyasından qalan borcları ödəməyi rədd edib.


1998-ci ildə Boris Yeltsin dönəmində də ölkə defolt edib. Amma sonra borclar ödənilib.


Fəridə
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər