Ru
10:45 / 30 Mart 2023

Rusiya Ermənistanda keçirdiyi hərbi təlimləri genişləndirib

2874
Rusiya ordusunun hərbçiləri Ermənistanda təlim keçirib.

Bakupost.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin Mətbuat xidməti məlumat yayıb.

Təlimdə motoatıcı bölmələr və hava hücumundan müdafiə qüvvələrinin pilotları iştirak ediblər.

Təlim uçuşlarına 130-dan çox hərbçi, 20 xüsusi texnika, o cümlədən MiQ-29 təyyarələri qatılıb.

Təlim çərçivəsində şərti hədəflər sıradan çıxarılıb.

Xatırladaq ki, martın 27-də Rusiyanın Ermənistandakı hərbi bazasının xüsusi təyinatlı hərbçiləri dağlıq ərazilərdə təlim keçirib.

Martın 29-da isə hərbi bazada xidmət edən pilotlar və tankçıların təlimləri təşkil olunub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər