ABŞ hökuməti ölkədəki texnoloji kompaniyaları amerikan çiplərinin rus hərbi texnikasına necə gedib çıxması barədə sorğuya çəkib.
Bakupost.az xəbər verir ki, "Washington Post" Ukraynada istifadə edilən hərbi döyüş texnikasında amerikan çipləri olması faktları aşkarlandığını tirajlayıb.
“Federal agentlər amerikan şirkətlərini sorğuya alıb, necə ola bilər ki, onların kompüter çipləri rus hərbi texnikasında quraşdırılıb?” – deyə qəzet yazır.
Qeyd olunur ki, çip və digər elektronika komponentləri Rusiyanın radiolokalizasiya, pilotsuz uçuş aparatı və gəmilərində aşkarlanması barədə məlumatlar yayılıb.
Xatırladaq ki, 2014-cü ildən ABŞ bu komponentlərin eksportunu məhdudlaşdırmışdı, son illər isə Rusiyaya satırmırdı.
Aygün Musayeva
BakuPost