Hansı bank etibarlıdır? - SORĞU
Ru
21:14 / 19 Oktyabr 2024

Rusiya kütləvi raket hücumuna hazırlaşır

2021
"Rusiya Ukrayna hava hücumundan müdafiə sisteminin fəaliyyətini və yerini təyin etmək üçün PUA-lara hücum edir".

Bakupost.az xəbər verir ki, bunu "Radio NV"yə hərbi ekspert Denis Popoviç danışıb.

O əlavə edib ki, bu yolla ruslar Ukraynaya kütləvi hücuma hazırlaşır

“Mən heç kəsi qorxutmaq istəmirəm, amma gəlin diqqət yetirək, strateji aviasiyadan son raket atışları nə vaxt baş verib? Sentyabrın 4-də Kütləvi raket zərbələri üçün əsasən X-101 raketlərfadə edirlər. Bu gün oktyabrın 19-udur və hazırda bu raketlərin toplanması baş verir”.

O, həmçinin əlavə edib ki, indi açıq mənbələrdə nəqliyyat təyyarələrinin tez-tez Rusiya aviabazalarına uçduğu haqda məlumatlar var:

"Oraya nə gətirdiklərini təxmin edə bilərik, buna görə də mən hesab edirəm ki, kütləvi raket zərbəsi olacaq. Məncə, bu, kifayət qədər genişmiqyaslı olacaq".

Zaur, BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar