Ru
15:37 / 18 May 2022

“Rusiya NATO ilə “müharibəyə” başlayıb" - Kadırov

1372
Çeçen rəhbəri Ramzan Kadırov Rusiyanın Ukraynaya qarşı yox, bütülükdə NATO-ya qarşı döyüşdüyünü açıqlayıb.

Bakupost.az xəbər verir ki, bunu Kadırov “Yeni üfüqlər” marafonunda çıxışı zamanı deyib.

“Biz bu gün təqdim edildiyi kimi Ukraynaya qarşı yox, NATO-ya qarşı döyüşürük. Kiyevi pul, silahla təmin edən dövlətlər az deyil.

Əgər Rusiya prezidentinin dinc sakinlərin və şəhərlərin həyatını qorumaq barədə göstərişi olmasaydı, Ukraynanı çoxdan təmizləmişdik.

Rusiya döyüşçüləri Ukraynanı şeytanlardan təmizləyəcək. NATO nə qədər səy göstərsə də, bu yardımlar heç nəyə təsir etmir”.

Aygün Musayeva
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər