Ru
13:10 / 17 Yanvar 2023

Rusiya ordusuna PUA-lardan istifadə qadağan olundu

1800
Rusiya ordusunun Ukraynadakı yeni komandanı Valeri Gerasimov şəxsi heyətə PUA-lardan və hərbi nizamnamədə nəzərdə tutlmayan maşınlardan istifadəni qadağan edib.

Bakupost.az xəbər verir ki, bu barədə Rusiyanın hərbi jurnalistləri və təhlükəsizlik qüvvələri ilə əlaqəsi olan Teleqram kanalları yazır.

“Komandanlıq əslində müasir texnologiyalardan istifadəni qadağan edib”, - deyə onlar bildiriblər.

Qeyd olunur ki, bir sıra bölmələrə döyüş üçün PUA-lardan istifadə etməmək və onlardan atəş açmamaq barədə göstəriş verilib:

“Onların şəxsi tam ötürücülü avtomobillərdən istifadəsi də qadağan edilib. Həmin avtomobillərin Rusiya Müdafiə Nazirliyinə təhvil verilməsi tələb edilib. Cəbhədəki əsgərləri saqqallarını qırxmaq, saç düzümünə fikir vermək və qanunla müəyyən edilmiş forma geyinmək kimi tələblərlə sıxışdırmağa başlayıblar. Ön cəbhədəki şəraitə görə bu tələblərə riayət etmək çətindir".

Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər