Ru
10:38 / 09 Yanvar 2022

Rusiya Qazaxıstanın strateji obyektlərinin mühafizəsini nəzarətə götürür

605
Rusiya Müdafiə Nazirliyinin aviasiya qrupu KTMT-nin Qazaxıstandakı missiyasında iştirak edən rusiyalı hərbçilərin hava ilə daşınmasını davam etdirir.

Bakupost.az xəbər verir ki, bu barədə nazirliyin məlumatında deyilir. Qeyd edilir ki, desantçılar artıq aerodromları, sosial infrastrukturu və digər həyati əhəmiyyətli obyektləri mühafizə etməyə başlayıblar.

“Hava-desant bölmələri hərbi-nəqliyyat təyyarələrini Rusiyanın aerodromlarından daşıyıb, yükləri boşaltdıqdan sonra konvoy yerləşdirilmə məntəqələrinə yürüş edib, burada vəziyyət aydınlaşdırıldıqdan sonra KTMT sülhməramlı qüvvələrinin Rusiya kontingentinin hərbi qulluqçuları tapşırıqları yerinə yetirməyə başlayıblar”, - deyə nazirliyin məlumatında bildirilir.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər