Ru
23:27 / 09 Yanvar 2022

“Rusiya Sovet İttifaqını bərpa etmək istəyir” - Blinken

827
“Biz təsir dairələri dünyasına qayıda bilmərik”.

Bakupost.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken CNN-ə müsahibəsində jurnalistin "Putini hərəkətə gətirən şey köhnə Sovet İttifaqını bərpa etmək istəyidir?" sualına cavabında deyib.

“Düşünürəm ki, bu doğrudur. Düşünürəm ki, prezident Putinin məqsədlərindən biri əvvəllər Sovet İttifaqının tərkibində olan ölkələr üzərində yenidən təsir dairəsini yaratmaqdır.

Və dediyimiz kimi, bu, qəbuledilməzdir. Biz təsir dairələri dünyasına qayıda bilmərik. Bu, qeyri-sabitlik, qarşıdurma, dünya müharibələrinə səbəb olan metod idi. Biz buna qayıtmırıq”, - Blinken bildirib.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
  • elimardan

    SSRİ-ni bərpa etmək üçün kişilər lazımdı.SSRİ-ni dağılmağa qoymamaq lazim idi.Putində elə bacarıq yoxdu.Baş verən hadisələr Qazaxstan rəhbərliyinin öz xalqına qarşı satqınlığıdır!

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər