Ru
11:00 / 24 May 2022

Rusiya-Ukrayna savaşı nə vaxt bitir, qalib kim olacaq? - Politoloq

3418
“Bütün müharibələr kimi Ukrayna ilə Rusiya arasındakı müharibənin də sonu olacaq, bu müharibə də bitəcək. Ancaq hələ ki, nə zaman bitəcəyi barədə dəqiq proqnoz vermək çətindir. Müharibənin uzanması hər iki tərəfdən canlı qüvvə və hərbi texnika sarıdan itkilərin artmasına gətirib çıxarır. Dünya güclərinin təkidlərinə baxmayaraq, Rusiya geri çəkilmək niyyətində deyil. Bu savaşdan dünyanın bir çox ölkələri ziyan görür. Bu səbəbdən də əksər dünya ölkələri, ABŞ istisna olmaqla bu müharibənin tez bir zamanda və sülhlə bitməsini istəyir”.


Bu fikirləri Bakupost.az -a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Politoloq bildirib ki, siyasi, iqtisadi, hərbi sahədə Avropa İttifaqı, NATO, ABŞ, Böyük Britaniya tərəfindən Ukraynaya çox güclü dəstək var:




"Ukraynaya göstərilən yardımların, dəstəyin, sanksiyaların əsas mahiyyəti ABŞ-ın Rusiyanı Ukrayna cəbhəsində məğlub etməkdir. ABŞ-ın əsas hədəfi budur. Əsas niyyəti Ukrayna vasitəsilə Rusiyanı zəiflətməkdir. Ukrayna isə ona yaradılan bu imkandan, dəstəkdən istifadə edib digər ərazilərini də azad etmək istəyir. Hesab edirəm ki, bu münaqişənin sonu tərəflər arasında sülh müqaviləsinin bağlanması ilə bitəcək. Bütün müharibələrin sonu belə bitir”.


Politoloq qeyd edib ki, bu müharibədə qələbə qazanan tərəf olmayacaq. Çünki hər iki ölkə uduzub. Rusiya da Ukraynada:


“Rusiyanın apardığı hərbi əməliyyatlar nəticəsində Ukraynaya dəyən maddi ziyanın məbləği 600 milyard dollardan çoxdur. Bundan sonra Ukraynaya 10 ildən artıq vaxt lazımdır ki, bu ziyanı aradan qaldırsın. Rusiyaya tətbiq edilən sanksiyalar nəticəsində ölkə iqtisadiyyatına ciddi zərər dəyib. Bu zərəri də aradan qaldırmaq xeyli vaxt, zaman alacaq. Odur ki, bu müharibədə qələbə qazanan, uduzan tərəf yoxdur. Heç olmayacaq da”.


Sevinc
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər