Ru
21:59 / 23 Noyabr 2022

Rusiya Ukraynaya 70 raket atdı - 500 nəfər evsiz qaldı

1387

Rusiya ordusu bu gün Ukrayna ərazisinə 70 raket atıb.


Bakupost.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.


Bildirilib ki, raketlərdən 51-nin qarşısı alınıb. 30-dan çox raketlə təkcə Kiyev hədəfə alınıb, paytaxta atılan 21 raket vurulub.


Raket zərbələrindən sonra Xmelnitski Atom Elektrik Stansiyası və Cənubi Ukrayna Atom Elektrik Stansiyası elektrik şəbəkəsindən ayrılıb. Bir çox bölgədə elektrik enerjisi kəsilib.


"Hazırda şəhərin bir hissəsində işıq və su yoxdur. Bu gecə biz elektrik və suyu geri qaytarmaq üçün əlimizdən gələni edirik”, - deyə Kiyev meri Vitali Kliçko bildirib.



Ukrayna Prezidentinin Aparat rəhbərinin müavini Kiril Timoşenko isə Kiyev vilayətində bir yaşayış binasına raket düşdüyünü təsdiqləyib. Onun sözlərinə görə hava hücumu nəticəsində 5 yaşayış binasına ziyan dəyib:


"4 nəfər ölüb, çoxlu sayda yaralı var. 500-ə yaxın insan evsiz qalıb. Hökumətimiz insanlara sığınacaq verir".


Aysel
Baku Post

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər