Ru
21:00 / 04 Oktyabr 2022

Rusiya və İranda gərginlik: Azərbaycan təxribatlara hazır olmalıdır - Şərh

2712
"Həm Rusiya, həm də İranda baş verənlər Azərbaycan üçün ciddi çağırışlardır".

Bu fikirləri Bakupost.az -a politoloq Zaur İbrahimli İranda və Rusiyada baş verən proseslərin Azərbaycana təsirləri ilə bağlı danışarkən deyib.


Politoloq hesab edir ki, Azərbaycan vəziyyəti izləməli və preventiv tədbirlər görməlidir:




"Rusiyada 2 milyondan çox azərbaycanlı yaşayır, İranda isə 40 milyona qədər soydaşımız var. İlk növbədə müvafiq dövlət strukturları mümkün çətinliklərə hazır olmalıdır. Güman etmək olar ki, Azərbaycan Türkiyə ilə koordinasiyalı şəkildə mümkün böhran hallarında təhükəsizlik və müdafiə tədbiləri nəzərdə tutur. Bunlar sərhəd boyu nəzarətin gücləndirilməsi, informasiya məkanının daha etibarlı müdafiəsi, humanitar yardımlar və aksiyalar üçün ehtiyatların formalaşdırılması ola bilər. Azərbaycan cəmiyyəti də emosiyalardan uzaq, soyuqqanlı analizlə baş verənləri dəyərləndirməlidir. Hər an təxribatlar mümükündür və cəmiyyətimiz ictimai-siyasi sabtliyin qorunması üçün sayıqlığını itirməməlidir".


Z.İbrahimli qeyd edib ki, Rusiyanının Ukraynada ümid bəslədiyi “ildırım sürətli müharibə” planı puça çıxıb və Kiyevin müdafiəsi ilə bağlı güclü koalisiya formalaşıb:


"Rusiyanının Ukraynaya işğalçı hücumu çağdaş beynəlxalq təhlükəsizlik sistemi və bunun əsasında bərqərar olmuş, qismən də olsa, tarazlaşmış qlobal və regional qüvvələr nisbətini tamamilə dəyişdi. Rusiya Çin və Hindistan, yaxud “Böyük iyirmilik” üzvü olan digər ölkələrin əməli dəstəyini ala bilmədi. Xüsusən Pekin yalnız sanksiyalar təbiq olunmayan məhsulların idxalını və ixracını, Hindistan isə ucuz neft alışını artırdı. Çin hərbi sahədə heç bir yardm etmədi və etmir. Belə bir vəziyyətdə Moskva başda ABŞ və Böyük Britaniya olmaqla 50 ölkənin dəstəklədiyi Kiyevə qarşı müharibədə üstünlük əldə edə bilmir. Artıq sirr deyil ki, strateji baxımdan Rusiya bu qarşıdurmda qalib gəlmək şanslarını tamamilə itirib. Buna görə, Rusiya vətəndaşları qismən səfərbərlikdən qaçırlar, siyasi elita isə artıq ordu rəhbərliyini tənqid etməyə başlayıb. Rusiya siyasi elitası və cəmiyyəti Moskvanın ölkəni fəlakətə aparan qərar qəbul etdiyini anlayıb. Belə bir şəraitdə Rusiyada həm hakimiyyət dəyişikliyi, yaxud saray çevirilişi ilə nəticələnəck proseslərin baş verməsi, ölkədə kütləvi itaətsizlik aksiyalarının baş tutacağı istisna edilə bilməz. Aşkar görünür ki, Moskva əvvəlki qədər ictimai rəyi səfərbər edə bimir, həmçinin vətəndaşlar Kremlə etibar etimirlər".


Z. İbrahimli hesab edir ki, İranda etirazlar dalğasının genişlənməsi və hakimiyyəti dəyişməyə qədər güclənməsi potensialı var:


"İranda əhali ilə hakimiyyətin ölkənin siyasi quruluşu, idarəetmə modelinə fərqli baxışlarından yaranan növbəti etirazlar dalğası müşahidə edilir. Bu yalnız qadınların hicab taxması ilə bağlı məsələ deyil. İranda son illər teokratik rejim və onun qaydaları əhalinin böyük hissəsi tərəfindən qəbul edilmir. Lenin demişkən, “Yuxarılar əvvəlki kimi idarə edə bilmir, aşağılar isə əvvəlki kimi yaşamaq istəmir”. Bu baxından İranda ciddi islahatlar olmasa, etirazlar davamlı olacaq".


Fəridə
Baku Post
Şərhlər
  • t.ədalət

    İranda gərginləşən vəziyyəti PKK kürdlərinin əli ilə Azərbaycan türklərinin öldürülməsinə yönəldirlər.Rusiya və İran kəşfiyyatı çıxış yolunu bunda görür.Azərbaycanla sərhədlər boyu PKK kürdləri yerləşdirilir ki,bizi gözləyən,yəni Cənublu soydaşlarımızı gözləyən təhlükəni ram edə biləcək yeganə güc Türkiyədir.Nə yaxşı ki,bizim qüdrətli Türkiyəmiz var!

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər