"Krasnoyarsk diyarından olan bir ailədə dörd uşağın zəhərlənərək ölməsi dixlofos ilə çirklənmiş yemək yedikləri üçün ola bilər".
Bakupost.az xəbər verir ki, bu barədə NEWS.ru-ya sağ Кгышнф Fövqəladə Hallar Nazirliyinin xilasedicisi Eduard Xəlilov bildirib.
O qeyd edib ki, həşəratlara qarşı kimyəvi preparat yemək ləvazimatlarının olduğu masaya da düşə bilər.
"Dixlofos çox təhlükəlidir. O, həşəratları - milçək və tarakanları öldürmək üçün nəzərdə tutulub. Əgər dixlofos həqiqətən yeməklərin və ya stolun, çəngəl-qaşığın üzərinə düşüb və insanlar həmi yeməkləri yeyib, yaxud dixlofoslu çəngəl-qaşıqdan istifadə ediblər, nəticədə zəhərli maddə bədənə daxil ola və ölümə səbəb ola bilər”, - xilasedici deyib.
Xəlilov vurğulayıb ki, hətta havalandırmadan sonra da həmin maddənin bir hissəsi mənzildə qalıb məişət əşyaları üzərinə hopa bilər. Onun sözlərinə görə, əgər söhbət təkcə pelmenidən (düşbərə) getsəydi, o zaman digər zəhərlənmə halları da məlum olardı. Xilasedici qeyd edib ki, belə vəziyyətdə xəstəxanaya müraciət etdikdən sonra səbəb dərhal müəyyən edilir. O qeyd edib ki, uşaqların ölümündə dixlofosun rol oynadığı barədə versiya ən real görünür.
Mütəxəssis qeyd edib ki, həşəratlara qarşı vasitələt müxtəlif keyfiyyət və tərkibdə olur. Xilasedici daha bahalı variantların nadir hallarda saxtalaşdırıldığını vurğulayıb. Onun sözlərinə görə, ən ucuz və ən sadə vasitələr həşəratlara qarşı həddindən artıq sərtdir, eyni zamanda insanlara da zərər verə bilər.
Xatırladaq ki, bir həftə əvvəl Rusiyanın Krasnoyarsk diyarının Krasnaya Sopka kəndində 6 nəfərlik ailə şam yeməyindən sonra naməlum zəhərli maddədən zəhərlənib. Nəticədə 6-13 yaş arasında 4 uşaq dünyasını dəyişib. Valideynlər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Onlar təxminən dörd gün xəstəxanada qalıblar.
Zaur
BakuPost