Ru
08:45 / 24 İyun 2022

Rusiyada təyyarə qəzası: ölənlər var

1083
"İl-76" hərbi-nəqliyyat təyyarəsi mühərrik nasazlığı səbəbindən Rusiyanın Ryazan vilayəti yaxınlığında sərt eniş edib, qismən yerdə dağılıb, zərərçəkənlər tibb müəssisələrinə aparılıb.


Bakupost.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.


"İyunun 24-də "İl-76" hərbi-nəqliyyat təyyarəsi Ryazan vilayətində sərt eniş edib. Yüksüz təlim uçuşu zamanı müəyyən edilmiş mühərrik nasazlığı səbəbindən ekipaj yerə enmək qərarına gəlib", - deyə Nazirlik qeyd edib.


Məlumata əsasən, xəsarət alan ekipaj üzvləri tibb müəssisələrinə yerləşdirilib.


Qəza nəticəsində 6 nəfər yaralanıb, 4 nəfər ölüb.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər