Ru
17:15 / 29 Sentyabr 2022

Rusiyadakı Azərbaycan şəhərində məcburi səfərbərlik - VİDEO

9018
Rusiyanın Dağıstan vilayətinə daxil olan, əsasən, azərbaycanlıların yaşadığı Dərbənd şəhərində bütün yerli kişi sakinlərdən təcili olaraq hərbi komissarlığa gəlmək tələb olunur.



Bakupost.az "Qafqaz reallıqları" nəşrinə istinadla xəbər verir ki, yerli sakinlərdən pasport və hərbi bilet tələb olunur.


Qeyd olunur ki, Fövqəladə Hallar Nazirliyinin avtomobili şəhərin küçələrində hərəkət edərək, səsgücləndirici ilə müvafiq müraciəti yayıb.


"Kimin hərbi bileti var, hərbi komissarlığa gəlsin. Əgər həmin adam bizə lazımdırsa, saxlayacağıq, lazım deyilsə, evə buraxacağıq", - deyə Dərbənd komissarlığından "Qafqaz reallıqları" nəşrinə bildiriblər.


Qeyd edək ki, sentyabrın 21-də Rusiyada səfərbərlik elan edildikdən sonra on minlərlə, bəzi məlumatlara görə isə, daha çox rus xarici ölkələrə axın ediblər. Gedənlər əsasən, səfərbərlik üçün yararlı olan gənclərdir.

https://t.me/bakupost/10199



Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər