Ru
14:52 / 28 Sentyabr 2022

Rusiyadan axın Azərbaycanda evlərin qiymətini kəskin artıracaq - Ekspert

4185

"Rusiya vətəndaşlarının Azərbaycana axın etməsi ölkəmizin daşınmaz əmlak bazarında qiymətlərin artmasına səbəb olacaq".

Bu fikirləri Bakupost.az -a əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib.


Ekspertin sözlərinə görə, Rusiyada yaşayan Azərbaycan əsilli vətəndaşlar başa düşürlər ki, indiki şəraitdə orada yaşamaq təhlükəlidir:



"Bu, yalnız səfərbərliyə cəlb etmə ilə bağlı deyil. Gözlənilən digər siyasi proseslər, hərbi müdaxilələrdən də söhbət gedir. Rusiya vətəndaşları bir növ canlarını qurtarmaq üçün ölkəni tərk etmək yolunuseçiblər. Bakı küçələrindəmüşahidələr onu deməyə əsas verir ki, Rusiyadan axın artıq çoxalıb. Bu proses fonunda daşınmaz əmlak bazarı üçün müəyyən qiymət artımları gözlənilir. Müraciətlərin, alıcıların sayı artıqca, qiymət artımı qaçılmaz olacaq. Amma bu proses hələ ki dinamik şəkildə müşahidə olunmur".


R.Osmanlı onu da əlavə edib ki, ilkin mərəhələ olduğuna görə ölkəmizə gələnlər gözləmə mövqeyində dayanmağa üstünlük verir:


"Müəyyən siyasi proqnozlar olduğu üçün düşünürlər ki, proseslər qısa müddətə yekunlaşacaq və onlar geri qayıdacaq. Bu mənada yaxın bir neçə gün ərazində qiymət artımını müşahidə etməyəcəyik. Lakin proseslər uzunmüddətli olacaqsa, sözssüz ki, Azərbaycanda daşınmaz əmlak bazarı üçün yüksək qiymət artımı baş verəcək. Bir məsələni də nəzərə almaq lazımdır ki, biz dünyada çox ciddi makroiqtisadi hadisələrin baş verdiyi bir dönəmi yaşayırıq. İstehlak qiymətlərinin kəskin şəkildə artımı baş verir. İstər Azərbaycanda, istərsə də digər ölkələrdəki yüksək inflyasiya göstəriciləri daşınmaz əmlak bazarında qiymətlərin hansı səviyyədə, neçə faiz arasında dəyişəcəyini proqnozlaşdırmağı çətinləşdirir. Zənnimcə, bunun üçün bir qədər gözləməli olacağıq"


Fərid
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər