Ru
11:41 / 07 May 2022

Rusiyanın 25 mindən çox hərbçisi məhv edilib

441

Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb.


Bakupost.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin "Facebook" səhifəsində bildirilib.

Qeyd olunub ki, fevralın 24-dən bu gün səhər saatlarına qədər Rusiya Ordusunun 1 122 tankı, 2713 zirehli döyüş maşını, 509 artilleriya sistemi, 172 reaktiv yaylım atəşi sistemi, 84 havadan müdafiə sistemi, 199 hərbi təyyarəsi, 155 helikopteri, 1934 avtomobil texnikası və yanacaq çəni, 11 gəmi/kateri, 341 dronu, 38 xüsusi avadanlığı, 90 qanadlı raketi məhv edilib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya tərəfinin təxminən 25100-dən çox canlı qüvvəsini itirdiyini bəyan edib.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər