Ru
14:18 / 18 May 2022

Rusiyanın dövlət bayrağının dəyişdirilməsi təklif edildi - Dumada müzakirə

2047
Rusiya Dumasında Krımdan olan deputat Mixail Şeremet Rusiyanın hazırkı bayrağının dəyişdirilməsi təklifini verib.

Bakupost.az xəbər verir ki, o, “Qələbə” bayrağının yeni dövlət atributu elan edilməsini irəli sürüb.

Qələbə nişanı bayrağı al qırmızı rəngdədir, II Dünya Müharibəsindəki qələbəni təmsil edir.

“Bu gün Qərb və ABŞ faktiki olaraq, Rusiyaya müharibə elan edib. Hər yerdə Qələbə nişanı bayrağını qadağan edirlər. Onlar bu bayramdan qorxur. Qırmızı rəng onlara gücümüzü və tarixdəki qələbələrimizi xatırladır. Bizim dədə-babalarımız məhz bu bayrağı Avropaya sancmışdılar.

İndi də rus ordusu neonasistlərə qarşı bu bayraq altında mübarizə aparsın”.

Deputat qeyd edib ki, hazırkı üçrəngli bayraq qürurvericidir, müasirdir, amma hazırkı vəziyyət supergücün rəmzi olan al qırmızı və ulduzlu bayrağı tələb edir: “Düşmənlərin gözünün odunu alan simvolu hər yerdə asmalıyıq”.


Qeyd edək ki, bundan əvvəl Kreml rəsmisi Dmitri Peskov qələbə nişanı bayrağın bütün dövrlərdə Rusiya üçün müqəddəs və toxunulmaz qalacağını bəyan edib.




Aygün Musayeva
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər