Ru
22:23 / 19 İyun 2022

Rusiyanın keçmiş dövlət katibi Bakıda ölü tapıldı

4073
Bu gün günorta saatlarında Rusiya Federasiyasının ilk Prezidenti Boris Yeltsinin müttəfiqi, keçmiş dövlət katibi Gennadi Burbulis 77 yaşında Bakıda vəfat edib.

Bakupost.az xəbər verir ki, bu haqda onun ailəsi məlumat yayıb. Bildirilib ki, o, qaldığı otelin saunasında öıü tapılıb.

Burbulisin sözçüsü Andrey Markov “İnterfaks”a bildirib ki, keçmiş dövlət katibinin səhhətində heç bir problem olmayıb:

“Özünü yaxşı hiss edirdi və IX Qlobal Bakı Forumunda yenicə iştirak edib”.

Qeyd edək ki, Gennadi Eduardoviç Burbulis Boris Yeltsinin ən yaxın silahdaşlarından biri olub. 1991-1992-ci illərdə dövlət katibi və Rusiya Baş nazirinin birinci müavini vəzifələrində çalışıb.

O, son dövrlərdə Putinu kəskjn tənqid edənlərdən biri olub. SSRİ-nin bərpasını utopiya adlandırıb.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
  • t.ədalət

    Burbulisin bildiyi nəsə varmış və buna görə də Putinin kəşfiyyatçıları onu qətlə yetiriblər.Elə nüvə silahlarının idarə olunma çantasının keçmiş daşıyıcısı da Putinin zavalına gəldi.Burbulisin qətli göstərir ki,Azərbaycanda Rusiyanın kəşfiyyat terrorçuları çoxdur.Onların üzərində ciddi nəzarət olmasa , gələcəkdə də belə faciələrlə rastlaşa bilərik.Rus kəşfiyyatı,ona görə təhlükəlidir ki,MDB respublikalarından fərqli olaraq,onların fəaliyyəti hakimiyyəti və hakim ailəni qorumaqla məhdudlaşmır,onlar Rusiyanın maraqlarına xidmət edirlər.

  • musa

    bu qətldir . putin dəsti xətti .

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər