Kreml Ukrayna və Şimali Atlantika Alyansının yeni ölkələrinin Rusiyanın nüvə silahı ilə çəkindirmə tətbiq ediləcəyi dövlətlər siyahısına daxil edilib-edilmədiyini dəqiqləşdirməyib.
Bakupost.az "KP"-yə istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü bildirib.
“Bu barədə sonra məlumat veriləcək. Gəlin qabağa qaçmayaq”, - deyə Rusiya prezidentinin mətbuat katibi vurğulayıb.
Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının nüvə silahı ilə çəkindirmə üzrə daimi iclasının iclasında bildirib ki, Rusiya Federasiyası Belarusa qarşı təcavüz aktı törədildiyi təqdirdə onu müdafiə etmək üçün nüvə silahından istifadə etmək hüququnu özündə saxlayır. Dövlət başçısı əlavə edib ki, Rusiya Federasiyası istiqamətində aerokosmik hücum baş verərsə və bu məlumat etibarlı olarsa, Rusiyadan nüvə cavabı veriləcək.
Zaur
BakuPost