Rusiya ordusu "Azovstal"ı ağır artilleriya və aviasiyadan atəşə tutub.
Bakupost.az xəbər verir ki, bu barədə Mariupol merinin müşaviri Petro Andryuşenko məlumat yayıb.
"Hərbçilərdən əlavə “Azovstal” sığınacaqlarında ən azı 100 mülki şəxs qalır. Lakin bu, işğalçıların hücumlarının sıxlığını azaltmır. Düşmən ağır artilleriya və aviasiyadan bütün günü zavodu atəşə tutmağa davam edir", - deyə şəhər merinin köməkçisi qeyd edib.