Ru
10:35 / 11 Avqust 2022

Ruslar yenidən Nikopolu vurdular: ölənlər var

1583
Avqustun 11-nə keçən gecə Rusiya ordusu Ukraynanın Dnepropetrovsk vilayətinin 4 rayonuna hücum edib.


Bakupost.az xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Valentin Rezniçenko bildirib.


O cümlədən, Nikopol rayonu 3 dəfə “Qrad”lardan atəşə məruz qalıb. Bu rayona 120 mərmi atılıb . "Nikopolda iki nəfər ölüb, yeddi nəfər yaralanıb. Onlardan biri 13 yaşlı qızdır. Şəhərdə 40-dan çox hündürmərtəbəli bina dağıdılıb", - Rezniçenko bildirib.


Bundan əlavə, ruslar Krivorojsk, Sinelnikovsk və Dneprovsk rayonlarını da atəşə tutublar. Çoxlu dağıntılar var.


Xatırladaq ki, avqustun 10-u gecə Rusiya ordusu Dnepropetrovsk vilayətinin Nikopol rayonunu “Qrad”lardan atəşə tutub. Hücum nəticəsində 14 nəfər həlak olub.




Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər