Ru
11:31 / 18 Noyabr 2022

Ruslar Zambiya vətəndaşını döyüşə göndərib - Diplomatik qalmaqal

1103
Moskvada oxuyan, daha sonra həbsxanaya düşən Zambiya vətəndaşı Ukraynadakı müharibədə həlak olub.

Bakupost.az Ukrayna KİV-ə istinadla xəbər verir ki, bu, Ukraynadakı hərbi əməliyyatlarda iştirak etmək üçün Rusiya tərəfindən cəlb edilən xarici vətəndaşın ölümü ilə bağlı ilk məlum hadisədir.

Zambiyalı sonuncu dəfə avqustun 31-də valideynlərinə zəng edib və "Mən artıq həbsdə deyiləm, amma harada olduğum sirrdir" deyib. Onun dedikləri valideynlərini ciddi narahat edib. Hazırda diplomatlar və 23 yaşlı zambiyalının ailəsi Rusiyadan hadisənin bütün hallarını izah etməyi tələb edirlər.

Zaur,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər