Ru
12:11 / 03 Avqust 2022

Sabah 41 dərəcə isti olacaq

1270
Avqustun 4-nə gözlənilən hava şəraiti açıqlanıb.


Milli Hidrometeorologiya Xidmətindən Bakupost.az -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi əsəcək.


Havanın temperaturu gecə 21-26° isti, gündüz 32-37° isti olacaq. Bakıda gecə 24-26° isti, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-55 % olacaq.


Azərbaycanın rayonlarında əsasən yağmursuz, lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək.


Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-39°, bəzi yerlərdə 41° isti, dağlarda gecə 9-14° isti, gündüz 24-29° isti olacaq.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər