Ru
14:00 / 20 Sentyabr 2022

Sabah Ağstafa qazsız qalacaq

1109
Sabah Ağstafa rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Bu barədə Bakupost.az -a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.


Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Qaradağ-Tbilisi” yüksək təzyiqli magistral qaz kəmərinin Ağstafa rayonu ərazisində olan hissəsində yaranmış qaz sızmasının ləğvi ilə əlaqədar sabah saat 10:00-dan etibarən işlər başa çatanadək “Ağstafa” QPS-dən qaz təchizatının dayandırılması planlaşdırılır.


Təmir işləri aparılan müddətdə Ağstafa rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər