Ru
18:27 / 14 Oktyabr 2024

Sabah dörd qəsəbədə qaz kəsiləcək

Sabah dörd qəsəbədə qaz kəsiləcək
Eye

Bakının Sabunçu rayonu, Pirşağı qəsəbəsində, Səbail rayonu, Bayıl qəsəbəsində, Xəzər rayonu, Binə qəsəbəsində və Binəqədi rayonu, Biləcəri qəsəbəsində aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 10:00-dən etibarən qaz təchizatı dayandırılacaq.

Bu barədə Bakupost.az -a "Azəriqaz" İstehsalat Birliyindən (İB) bildirilib.

Qaz təchizatı dayandırılan müddətdə Pirşağı qəsəbəsinin, Bayıl qəsəbəsinin Z.Yusifzadə, S.Qədimova, A.Əliyev, Ə.Nəzmi, L.Babayev küçələrinin, Binə qəsəbəsinin Gürcüstanlılar məhəlləsinin, Biləcəri qəsəbəsinin Y.Hüseynov küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar