Ru
12:59 / 07 Yanvar 2022

Sabah hava necə olacaq?

426
Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Bakupost.az -a verilən məlumata görə, lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Gecə və səhər duman olacaq. Gün ərzində güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 5-7° isti, gündüz 9-11° isti, Bakıda gecə 5-7° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 5-10° isti olacaq.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər