Ru
12:48 / 05 Avqust 2022

Sabaha yağış gözlənilir

1529
Avqustun 6-na gözlənilən hava şəraiti açıqlanıb.


Milli Hidrometeorologiya Xidmətinin Bakupost.az -a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi arabir güclənəcək.


Havanın temperaturu gecə 21-26° isti, gündüz 30-34° isti, Bakıda gecə 24-26° isti, gündüz 31-33° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65 % olacaq.


Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.


Havanın temperaturu gecə 22-26° isti, gündüz 33-38° isti, dağlarda gecə 9-14° isti, gündüz 18-23° isti olacaq.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər