Ru
21:26 / 23 Yanvar 2023

Sabiq Baş nazirdən bəyanat: Nazirlik Xalq Partiyasını qeydə almır

1662
Azərbaycanın sabiq Baş naziri Pənah Hüseyn sədri olduğu Xalq Partiyasının qeydə alınmasında problemlə üzləşdiyini bəyan edib.

Bakupost.az -ın məlumatına görə, P.Hüseyn bildirib ki, ötən ilin dekabrın 11-də keçirilmiş AXP V qurultayının nəticələrinin Ədliyyə Nazirliyində hüquqi fakt kimi qeydə alınması süni şəkildə uzadılır.

Onun sözlərinə görə, Ədliyyə Nazirliyi 27 dekabr 2022-ci ildə yazılı şəkildə iki texniki çatışmazlıq (təqdim edilən sənədlərə AXP Nizamnaməsinin 1- ci redaksiyada əslinin əlavə edilməməsi və Nizamnamənin 2- ci redaksiyasının titul səhifəsində, AXP- nin qeydiyyat ilinin 1999-cu il əvəzinə 1992- kimi getməsi) əsas göstərilərək, bunlar düzəldilməsini istəyib. “Sənədlərin yenidən təqdimatdan sonra 05.01.2023 tarixində bu dəfə titul səhifəsində vəzifəli şəxsin düzgün göstərilməməsi və Nizamnamədə sıralamada uyğunsuzliq qeyd olunaraq imtina edildi.

Son çatışmazlıqlar düzəldiləndən sonra, 23.01.2023 tarixində yəni bu gün siyasi partiyalar haqqında yeni qanuna istinad olunaraq təmamilə qanunsuz tələb irəli sürüldü. Bunun yazılı şəkildə edilməsini gözləyirəm və alandan sonra açıqlayıb nə üçün qanunsuz olduğunu göstərəcəm . Yəni yeni qanunla ilk dəfə AXP toqquşdu deyə bilərik”-deyə P.Hüseyn vurğualyıb.
Şərhlər
  • Н.Н.

    Acaba, bu gatığ satanın partiyasının ne geder üzvü var?

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər