Ru
21:39 / 14 Yanvar 2022

Sabiq icra başçısı həbsdə namaza başlayıb, şeir yazır

918
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin rəhbərliyi Dövlət Təhlükəsizliyi Xidmətinin Saxlanma Yeri və İstintaq Təcridxanasına başçəkmə həyata keçirib.

Bakupost.az “Kriminalqafqaz”a istinadən xəbər verir ki, başçəkmədə komitə sədri Tural Hüseynov və hüquq bölməsinin rəhbəri Rövşən Məmmədov iştirak edib.

T.Hüseynov bildirib ki, təcridxanada nöqsan aşkarlanmayıb:

“Saxlanma yerində təmizlik müşahidə olunur. Təmirdən sonra otaqlarda hamam və televizorlar yerləşdirilməsi nəzərdə tutulub. Saxlanma yerindən hər hansı şikayət qeydə alınmadı.

Saxlanılanlardan Şəmkir rayonunun sabiq icra başçısı Alimpaşa Məmmədovla görüşdük. Özünü yaxşı hiss edir. Sentyabrdan namaza başlayıb, şeir yazır, idmanla məşğul olur. Mənə dedi ki, iqtisadi sahədə layihələr yazır və azadlığa çıxdıqdan sonra onları reallaşdırmaq istəyir”.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər