Ru
13:28 / 24 Sentyabr 2024

Şagirdlərə ev tapşırıqları verilməsin - Professordan ilginc TƏKLİF

2553
“Finlandiya təhsil sisteminə görə dünyada öndə gedən ölkələrdən biridir. Orada şagirdlər ev tapşırığı yükündən azaddırlar. Çünki finlilərə görə öyrənmənin yeri məktəbdir. Şagirdlər evdə məşğul olmasalar da, yenə də dünyada ən yaxşı nəticələr göstərirlər. Fin təhsilinin tədrisi çox bəsitdir. Müəllimlər gün ərzində sinifdə ortalama dörd saat dərs keçirlər, ancaq bütün şagirdlər eyni dərəcədə bacarıqlıdırlar. Fikrimcə, Azərbaycanda da sözügedən təcrübədən istifadə olunmalıdır. Bu gün şagirdlər həddən çox ev tapşırığı ilə yüklənir. Bu, doğru deyil”.




Bu fikirləri Bakupost.az -a əməkdar elm xadimi, professor Şahlar Əsgərov bildirib.

Onun sözlərinə görə, bir sıra xarici ölkələrdə şagirdlərin​ dərs yükünün azaldılması məqsədi ilə ev tapşırıqları tamamilə ləğv edilib. Bəzi ölkələrin məktəblərində isə ev tapşırıqlarının həcmi minimuma endirilib. Biz də isə əksinədir:

“Şagirdlərin həddindən artıq ev tapşırığı ilə yüklənməsi onları çox yorur. Digər tərəfdən, ev tapşırıqları şagirdlərin yerinə yetirə biləcəyi səviyyədə müəyyənləşdirilməlidir. Bu tapşırıqların çətinlik səviyyəsi şagirdin yaşına görə müəyyən edilməlidir ki, onu yerinə yetirən zaman uşaq zehni və fiziki cəhətdən yorulmasın, onların mütaliyə və digər əlavə məşğuliyyətlərə vaxtları qalsın”.

Sevinc,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar