Ru
17:51 / 28 Yanvar 2022

Şagirdlərin psixoloji pasportları hazırlanacaq - VİDEO

2860

“Şagirdlərin psixoloji pasportları hazırlanacaq”.


Bakupost.az xəbər verir ki, bu barədə Baku TV-nin "Üzbəüz" verilişində Bakı Təhsil İdarəsinin rəsmisi İlkin Həsənov sosial şəbəkədə yayılan videoya görə müəllimə töhmət verilməsindən danışarkən deyib:

“Məsələnin həlli yolu əsas iki istiqamətdən ibarətdir. Birincisi qanunvericiliyin tələbi, digəri növbəti problemin baş verməməsi üçün görülməli olan tədbirlərdir. Bununla bağlı davamlı təlimlər keçirilir, maarifləndirmə işləri görülür. Hazırda bir mexanizm üzərində işləyirik. Şagirdin psixoloji pasportu deyə işə başlamışıq ki, bütün Bakı şəhərində şagirdlərin psixoloji durumunu nəzarətdə saxlayan mexanizm olsun. Elə bir mexanizm qurmaq istəyirik ki, hansısa bir ailədə boşanma olanda o bizim sistemə düşsün”.

Daha ətraflı videoda:



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər