Ru
13:55 / 05 Avqust 2022

Sahibkarların sənədləri əldə etməsi asanlaşdı

5374
“Doc-Shop” Onlayn Sənəd Databazası kiçik və orta biznes (KOB) subyektlərinin biznes münasibətlərini tənzimləməsi üçün bütün lazımi sənədləri və korporativ sahədə fəaliyyət göstərən mütəxəssisləri bir məkana toplayır.


Bu barədə Bakupost.az -a Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildiriblər.


Xəbərə görə, sahibkarlar bu databaza vasitəsilə ehtiyaclarına uyğun olaraq, paket şəklində və ya ayrılıqda ödəniş etməklə sənədləri əldə edə biləcəklər: "Databazanın yaradılması məqsədilə KOBİA tərəfindən qrant ayrılıb. Yaxın müddətdə databaza istifadəyə veriləcək".


Qeyd olunb ki, databaza “Azərlotereya” ASC-nin Hüquq Departamentinin rəhbəri Maarifə Paşayeva və “Hitech Legal” MMC-nin direktoru Gülnaz Salmanova tərəfindən yaradılıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər