Ru
05:01 / 20 Yanvar 2022

Salam, ümidsiz qadın, yəqin ki, üşüyürsən… - FOTO

3729
Elşad Barat
Bu gün, Bakı metrosu.

Salam, ümidsiz qadın.
Kefin, halın necədir?
Yəqin ki, üşüyürsən,
Yaman soyuq gecədir.

Üşüyürmü əllərin,
Tənhalığın boyunca?
Qorxma, heç kim eşitməz.
Otur, ağla doyunca.

Boylan hərdən küçəyə,
Qoy sevinsin pəncərən,
Görsün buludlar səni,
Ağlasın səhərəcən.

Bilirəm ki, döyülməz,
Qapın, narahat olma.
Yalançı ümidlərə,
Tapın, narahat olma.

Hərdən də çıx şəhərə,
Özün üçün gəz, dolan.
Nə olsun yoxdur ərin,
Nə olsun yoxdur balan.

Nə olsun gözlərində,
Arzuların yeri var,
Bəlkə indi hardasa,
Səni sevən biri var.

Bəlkə yoxdu sevənin,
Tamam unudulmusan,
Hamının yaddaşında,
Yuxu kimi qalmısan.

Eybi yox, zaman gələr,
Bir gün yada düşərik,
Yeri get, tənha qadın,
Öləndə görüşərik…

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər