Ru
09:57 / 13 Avqust 2022

Salman Rüşdini bıçaqlayan şəxsin kimliyi bilindi

3213

Xəbər verdiyimiz kimi, ötən gün Hindistanın məşhur yazıçısı Salman Rüşdi Nyu-Yorkda hücuma məruz qalıb.


Bakupost.az xəbər verir ki, artıq hadisəni törədən şəxsin kimliyi müəyyənləşib.

Polisin rəsmi məlumatına görə, Salman Rüşdini Nyu-Cersi ştatının 24 yaşlı sakini Hadi Matar bıçaqlayıb.


Ehtimal olunur ki, yazıçıya bıçaqlı hücum 1989-cu ildə yazdığı "Şeytan ayələri" kitabına görə olub. Həmin kitab satışa buraxılan gündən çox böyük səs-küyə səbəb olmuş, hətta İranın dini lideri Ayətullah Xomeyni tərəfindən Rüşdi haqqında ölüm fətvası verilmişdi.


Kitabda İslam dininə xas təməl prinsiplərinin müasir dövrlə uyğunlaşdırılması halları yer alıb. Bu kimi hallar İslam dininə qarşı həqarət kimi qəbul edildiyindən kitaba və müəllifə qarşı dəfələrlə etiraz və təhdidlər olub.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər