Ru
16:15 / 05 Avqust 2022

Sanksiyalar Rusiyanı necə zəiflədir? - Vüqar Bayramovun şərhi

5197
“Qlobal sanksiyalar artıq Rusiya iqtisadiyyatına təsir etməkdədir. Şimal qonşumuzda bu ilin ikinci rübündə ÜDM 4.3 faiz azalıb. Rusiya Mərkəzi Bankının proqnozuna görə, üçüncü rübdə sanksiyalara məruz qalan iqtisadiyyat daha 7 faiz kiçiləcək. Bir ay öncə rəsmi məzənnədə dollara nisbətən kursu 57 rubl olan Rusiya valyutası 7 faizə yaxın dəyər itirib. Hətta rəsmi kursda da belə rublun ucuzlaşmasının qarşısını almaq mümkün olmayıb”.


Bakupost.az xəbər verir ki, bunu millət vəkili, iqtisadçı alim Vüqar Bayramov deyib.


Onun sözlərinə görə, Rusiyanın enerji gəlirlərində hələlik kəskin azalmalar olmasa da, investisiyanın ölkəni tərk etməsi real sektora təsirsiz ötüşmür:





"Digər tərəfdən, bəzi sanksiyalar əvvəl bağlanmış müqavilələr səbəbindən bu ayın sonunda qüvvəyə minəcək. Bu is o deməkdir ki, növbəti aylarda Rusiya iqtisadiyyatında daha çox geriləmələr müşahidə olunacaq. Rəsmi proqnozlar da bunu təsdiq edir. Eyni zamanda, Avropa İttifaqı Rusiyadan neft alışını ilin sonunadək 92 faiz azaltmaq niyyətindədir. Mavi qaz verilməsində çətinliklər dərinləşir. Bu isə Rusiyaya daxil olan valyutanın həcminə təsir göstərəcək".


Vüqar Bayramovun fikrincə, payızdan idxalın artması fonunda yenidən xarici valyutaya tələbin yüksələcəyi gözlənilir: "Bu isə təbii ki, rublun məzənnəsinə təsirsiz ötüşmür: Öncədən proqnozlaşdırıldığı kimi, sanksiyaların Rusiya iqtisadiyyatına təsirləri qısa deyil, daha çox orta və uzun müddətli dövr üçün dəyərləndirilir.​ Dünya iqtisadiyyatında da resessiya meyilləri güclənməkdədir. Qlobal proqnozlara neqativ dürüstləşmələr edilir. Bu arada isə Rusiya-Ukrayna müharibəsi yeni mərhələyə qədəm qoymaqdadır”.


Sevinc
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər