Ru
13:04 / 14 May 2022

Sanksiyalardan sonra dünya necə olacaq? – Medvedyevdən münaqişə və epidemiya xəbərdarlığı

729
Rusiyaya qarşı sanksiyalar yeni xırda və orta hərbi münaqişələrin, yerli konfliktlərin yaranmasına səbəb olacaq.
Qərblə Rusiyanın toqquşmasından istifadə edən kiçik hərbi terrorçu qruplaşmalar, partiyalar və siyasi ambisiyası olan qüvvələr aktivləşəcək.

Bakupost.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının rəhbərinin müavini Dmitri Medvedyev açıqlamasında deyib.

O, sanksiyalardan sonra dünyada çoxsaylı konfliktlərin qaçılmaz olduğunu deyib.

“Uzun illər həll olunmadan qalmış regional konfliktlər alovlanacaq. Rusiyanın başının qarışmasından onun nəzarət etdiyi ərazidə bu ocaqlar aktivləşəcək, Avropanın da marağında olmadığından o ərazilərdə illərlə "iqnor" edilmiş münaqişələr baş qaldıracaq”- deyə Medvedyev yazıb.

"Terrorçuların aktivləşməsi qaçılmazdır. Eləcə də sanitar-epidemik əməkdaşlıq zəiflədiyindən yeni epidemiyalar yaranacaq", - deyə o, əlavə edib.

Aygün Musayeva
BakuPost
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər