Türkiyənin Şanlıurfa bölgəsində daşqın səbəbindən avtomobil yolu çöküb.
Bakupost.az xəbər verir ki, bu barədə "TRT Haber"in Twitter hesabında bildirilib.
Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu daşqınlar nəticəsində 5 nəfərin öldüyünü, 10 nəfərin itkin düşdüyünü bildirib.
Qeyd edək ki, Türkiyədə fevral ayında baş verən zəlzələlərdən zərər çəkmiş 10 əyalətdə yağan şiddətli yağışlar səbəbindən əhaliyə sel təhlükəsi ilə bağlı xəbərdarlıq edilib.
Zaur
BakuPost