Ru
13:50 / 18 Aprel 2022

“Saxla” əmrinə tabe olmayan taksi sürücüsü saxlanıldı - VİDEO

7564
Sosial şəbəkələrdə Bakıda yol polisinin “saxla” əmrinə tabe olmayan taksi sürücüsü ilə bağlı yayılan görüntülər araşdırılıb.


Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Bakupost.az -a verilən xəbərə görə, yol polisi tərəfindən keçirilən tədbirlərlə həmin taksi avtomobili saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Aparılan araşdırmalarla taksinin sürücüsü Masallı rayon sakini, Aqil Məmmədovun üzərinə baxış zamanı şəxsi istehlak miqdarından artıq 2.268 qram narkotik maddə – heroin, 0,710 qram psixotrop maddə – metamfetamin və elektron tərəzi aşkar olunaraq götürülüb.



Faktla bağlı Nəsimi RPİ İstintaq şöbəsində Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə cinayət işi başlanıb.


İstintaq hərəkətləri davam etdirilir.


Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər