Ru
10:49 / 01 Sentyabr 2022

Saymaq, ya sayıqlamaq!? - Mir Şahin

11729

MirŞahin Ağayev






Siyasi və iqtisadi cahiliyyə personajlarının- ilk növbədə məlumatsız kontingentə ünvanladığı daha bir informasiyanı təftiş etmək, gerçək olanı çatdırmaq qərarına gəldim. Məhz Brüsseldə olduqca mühüm proseslərin baş verdiyi, Prezident İlham Əliyevin təklif və tərtib etdiyi gündəlik əsasında Avropanın da-Azərbaycanın mövqeyini Beynəlxalq Ədalətin təmin olunması üçün baza, əsas müstəvi kimi artıq qəbul etdiyi, Ərazi Bütövlüyümüzün bərpası ilə yaranan Sülh Şəraitinin Əsas Sazişlə rəsmiləşdirilmə prosesinə doğru inkişaf etdiyi zamanda -Birinci Ermənistan-Azərbaycan Müharibəsindəki məğlubiyyətin əsas simalarından biri Əli Kərimli növbəti dəfə gündəmi dəyişməyə cəhd edib.



Yazdığı son statusda diqqəti Brüsseldə baş verən mühüm hadisədən, tariximizin həlledici prosesinin mühüm tərkib hissəsindən, hərb meydanındakı qələbəmizin ardınca Prezident İlham Əliyevin sülhün də udulması istiqamətində əldə etdiyi nəticələrdən yayındırmaq məqsədilə ordan-burdan tədarük etdiyi natamam informasiyalara istinad edərək Azərbaycanda sənayenin vəziyyətini özünəməxsus şəkildə şərh edib. Guya sənayemiz azalıb, guya biz hətta MDB-də autsayderlərdənik. Təkrar edirəm: əslində bu saat bütün təhlil istiqamətlərində əsas mövzu Yekun Sülh sazişi olmalıdır. Biz nəhayət tariximizin elə mərhələsinə gəlib çatmışıq ki, Qarabağ mövzusu əbədi olaraq bitir. Necə deyərlər, ekranda titrlərin qalxdığı zamandır. Hamı və hər kəs Qarabağlı, Qarabağ isə Azərbaycandır. Qaragüruh isə dövlətin başının bu məsələyə qarışdığı vaxtda diqqəti tamam başqa tərəfə çəkməkdə, dünyada gedən böhranın təbii təsirlərinə məruz qalan iqtisadiyyatımızın imkanları, gələcəyi barədə təhrifedici məlumatlar yaymaqdadır.


Bəri başdan deyim ki, ayrıca götürülmüş bir sahəni əhatə edən statistik məlumatlara istinad edərkən mütləq müəyyən müşayiətçi məlumatlara da müraciət edilməlidir. Necə?


Bax bunu indi biz edəcəyik və əmin olacaqsınız ki, marginallara hesablanmış, primitiv alətlərlə hazırlanmış müqayisə kifayət qədər qüsurlu və savadsızdır.


Əli Kərimli iddia edib ki, Azərbaycanın sənayesi çox az artıb, az qala biz sonuncuyuq və s. Bəs əslində vəziyyət necədir:
İlk növbədə ona diqqət yetirək ki, qaragüruhun tənqid hədəfi… sənayenin artmasıdır. Qərəzə, qeyri-peşəkarlığa baxmayaraq etiraf edirlər ki, ARTIM VAR! Amma az artım var!


İkincisi, bu ilin ilk yarısında sənayesi bizdən az artan MDB ölkələri də olub. Məsələn: Belarus, Rusiya... Əgər məqsəd doğrudan da ədalətli müqayisədirsə, onda onların adı niyə çəkilmir?


çüncüsü, hökümət hələ xeyli əvvəl elan etmişdi ki, Azərbaycanda neft sənayesi getdikcə azalacaq. Səbəb də neftin tükənən sərvət olmasıdır. Bunu Azərbaycan höküməti də bilir, BP də, burada çalışan digər tərəfdaşlarımız da. Nə qədər məlumatsız, savadsız, qərəzli olsalar da qaragüruhun özü belə bunu başa düşməmiş deyil. Çünki bu boyda sadə həqiqəti anlamamaq qeyri-mümkündür.


Beləliklə:


-Gözlənirdi ki, bizdə neft-qaz sənayesində azalma baş verəcək. Amma əvəzində qeyri neft-qaz sənayesi artacaq. Elə də oldu: 2022-ci ilin birinci yarısında qeyri neft-qaz sənayesi 11.5 % artıb. Bu göstərici ilə Azərbaycan qeyri neft-qaz sənayesinin artım tempinə görə MDB-də hətta ilk üçlükdədir. Və bizim üçün əsas olan da məhz qeyri neft-qaz sənayesidir. Aydın məsələdir ki, neftin azalmasının qarşısını ala bilmərik. Amma bu da həqiqətdir ki, həm işğaldan azad olunmuş ərazilərdə sənaye potensialının dövriyyəyə cəlb olunması, həm də respublikanın digər ərazilərində sənaye ilə bağlı aparılan işlər bizdə inkişaf perspektivlərinin çox böyük olduğunu göstərir. Sənayenin həm ixracda, həm iqtisadiyyatda, həm də ölkədə əlavə dəyərin yaradılmasında payı getdikcə artır. Minlərlə işçi sənaye sektorunda işə cəlb olunur. Əslində bütün bunlar adi gözlə görünən faktlardır. Amma işlədiyi auditoriyanın, tuşlandığı hədəf qrupunun məlumatsızlığından istifadə etməyə çalışan iqtisadi avam, siyasi dayaz Əli Kərimli kontekstdən çıxardığı faktlarla sadəcə manipulyasiya edir.


Bax mən buna görə deyirdim.
Deyirəm.
Və deyəcəm!


Bu tip başabəla həvəskar siyasətçilərdən-bütün fəaliyyəti avantüra, yalan və təhrifdən ibarət olan, keçmişi rüsvayçı, gələcəyi sıfır birovuclardan uzaq olmaq lazımdır! Bu həm də dövlətə daha yaxın omaq deməkdir!

Şərhlər
  • Həmid Həmidov

    Çox bəsit analizdir. Sənayemiz və kənd təsərrüfatımız bərbad vəziyyətdədir. Rusiyaya gəlincə, o sanksiyalar altında boğulur.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər