Ru
21:06 / 18 Avqust 2022

Saziş imzalandı: Ukraynada dağılmış infrastrukturu Türkiyə bərpa edəcək

1566
Türkiyə ilə Ukrayna arasında müharibə nəticəsində dağılmış infrastrukturun bərpasına dair müqavilə imzalanıb.



Bakupost.az xəbər verir ki, Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov və Türkiyənin ticarət naziri Mehmet Muş Lvovda keçirilən görüşdə saziş imzalayıblar.



Saziş konkret bərpa layihələrini, məsləhət və texniki yardım göstərilməsini əhatə edir.



Bu gün Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Lvova səfəri çərçivəsində Ukrayna prezidenti Vladimir Zelenski və BMT-nin baş katibi Antonio Quterreşlə görüşüb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər