Ru
15:59 / 01 Sentyabr 2024

Seçki Müşahidə Koalisiyası: Çatışmazlıqlar kütləvi xarakter daşımır

1713
“Biz 500 müşahidəçi ilə 75 məntəqədə seçki prosesini müşahidə edirik. Bura həm işğaldan azad olunmuş rayonlar, həm də Naxçıvan Muxtar Respublikası ərazisində olan 6 dairədən 2-si daxildir”.




Bunu Bakupost.az -a açıqlamasında Vətəndaş Cəmiyyəti Uğrunda Seçki Müşahidə Koalisiyasının həmtəsisçisi Zaur İbrahimli deyib.

O, seçki məntələqinin qanunvericiliyin tələblərinə uyğun şəkildə hazırlandığını və seçki infrastrukturunun çox yaxşı vəziyyətdə olduğunu bildirib:

“Seçki administrasiyası seçkilərin təşkili və idarə edilməsində yaxşı performans göstərib. Eyni zamanda, müşahidəçilər üçün də bütün şərait yaradılıb. Ümumilikdə 5100 müşahidəçi var və bu, rekord göstəricidir”.

Z.İbrahimli seçicilərin fəallığının da yüksək olduğunu deyib:

“Hiss olunur ki, sosial şəbəkələrdə aparılan təbliğat geniş auditoriyaya çatıb. Biz seçki məntəqələrində gəncləri də müşahidə edirik. Əvvəlki illərlə müqayisədə gənclərin seçkiyə marağı artıb. Bunu da yeni təbliğat və təşviqat üsullarıyla əlaqələndiririk”.

Z.İbrahimli seçki prosesinin normal məcrada keçdiyini deyib:

“Müşahidə etdiyimiz məntəqələrdə ümumilikdə seçki prosesinə xələl gətirəcək hallar qeyd alınmayıb. Əlbəttə, bəzi çatışmazlıqlar var, amma bu kütləvi xarakter daşımır. Seçki məntəqələri vaxtında açılıb, qutuların möhürlənməsi prosesində də heç bir qanun pozuntusu qeydə alınmayıb. Bəzi seçicilər gəlib səs vermək istəyiblər, amma adları seçki siyahısında olmadığı üçün onları geri qaytarmışıq. Bunlar da kütləvi xaraker daşımır. Biz bütün müşahidəçilərimizin verdiyi məlumatları qeydə alırıq və bununla bağlı həm dairəyə, həm də Mərkəzi Seçki Komissiyasına sorğular veririk. Bütün prosesi və ictimai nəzarəti həyata keçirməyə çalışırıq, məqsədimiz şəffaf, ədalətli beynəlxalq standartlara uyğun seçki prosesinə töhfə verməkdir. Seçkilər başa çatdıqdan sonra özümüzün ilkin dəyərləndirməmizi təqdim edəcəyik.


Xatırladım ki, biz aralıq hesabat da açıqlamışdıq və bu, həm Azərbaycan, həm də ingilis dilində əlçatandır. Hesabat bütün beynəlxalq təşilatlara da təqdim olunub”.

Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar