Ru
12:33 / 20 İyun 2022

Seda Sayan 7-ci dəfə boşanır?

1936
Türkiyəli müğənni Seda Sayan həyat yoldaşının soyadından imtina edib.


Bakupost.az xəbər verir ki, o, həyat yoldaşı Çağlar Öktenin soyadını öz adının yanından sildirmək üçün məhkəməyə müraciət edib.

Bu isə boşanma iddialarını “alovlandırıb”.


Müğənni çıxan xəbərlərlə bağlı belə açıqlama verib:


“Boşanacağımız, hətta evi tərk etdiyimlə bağlı xəbərlər yazıldı. Elə bir şey yoxdur. Qadınların öz soyadından istifadə etmək hüququ var. Həyat yoldaşımın soyadını alsaydım, sənədlərdə də dəyişiklik olunacaqdı. Bunlarla məşğul olmaq istəmədim. Yoxsa qurban olaram onun soyadına...”.


Qeyd edək ki, 59 yaşlı müğənni apreldə özündən 25 yaş kiçik sevgilisi Çağlar Ökten ilə evlənib. Bu onun 7-ci evliliyidir.


Aynur
BakuPost

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər