Ru
16:38 / 22 Sentyabr 2022

Səfirliklərimiz təhdid altında: ermənilər yeni hücumlara hazırlaşır?

1393
Son günlər ermənilər tərəfindən dünyanın bir çox ölkəsində Azərbaycan səfirliklərinə hücumlar oldu.


ABŞ, Fransa, Livan və Gürcüstandakı səfirliklərimiz hədəf seçildi. Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin binalarına bu cür hücumlar ciddi narahatlıq doğurur. Eyni zamanda ötən gün Azərbaycanın Belçikadakı səfiri Vaqif Sadıqov bildirib ki, ermənilər bu səfirliyə də hücuma hazırlaşır.


Səfirliklərimizin təhlükəsizliyi niyə təmin olunmur? Diplomatik nümayəndəliklər necə qorunmalıdır?



Məsələ ilə bağlı Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Arzu Nağıyev Bakupost.az -a açıqlamasında bildirib ki, səfirliklərimizin təhlükəsizliyinə görə birbaşa onların yerləşdiyi ölkələr məsuliyyət daşıyır:



"Ümumiyyətlə, xarici səfirliklər Azərbaycanın öz ərazisi sayılır. Oraya hər hansı bir təcavüz, dövlətin ərazisinə müdaxilə deməkdir. Ona görə də həmin ölkənin hüquq-mühafizə orqanları səfirlikləri qorumalıdır. Bütün proseslər Vyana Konvensiyasına uyğun olaraq tənzimlənməlidir. Hər hansı bir hücumun qarşısının alınması üçün ölkənin xüsusi xidmət orqanları müəyyən məlumata sahib olmalı, bu tip məsələlərin qarşısının alınması istiqamətində müvafiq addımlar atmalıdır. İstər Böyük Britaniya, istər Fransa, istərsə də Livanda baş verən hadisələr bir daha göstərir ki, xüsusi xidmət və hüquq-mühafizə orqanları öz işini peşəkarlıqla yerinə yetirməyəndə acı nəticələr ortaya çıxır".


A.Nağıyev qeyd edib ki, terror və dağıdıcı istiqamət ermənilərin ana xətdidir:


"Diplomatik nümayəndəliklərin xarici və daxili təhlükəsizliyini təmin edənlər öz işlərini koordnasiyalı şəkldə qurmalıdır. Bu çox ciddi məsələdir. Hətta bir sıra səfirliklərin əvvəlcədən bu hücumlardan məlumatı olması onu göstərir ki, ermənilər təxribat və terroru hələ də özlərinin əsas siyasəti sayır. Bütün bunların qarşısnın alınması üçün Xarici İşlər Nazirliyi səviyyəsində danışıqlar gedir. Proseslər ölkənin diqqət mərkəzində olmalı və onların hüquq-mühafizə orqanları öz işlərini yerinə yetirməlidir. Təəssüf doğuran məsələ odur ki, onlar öz funksiyalarını yerinə yetirmir, "demokratiya" adı altında bundan istifadə edən terroçular da dağıdıcı, məhvedici istiqamət götürürlər".


Millət vəkili bildirib ki, özünü "demokratiyanın beşiyi" adlandıran dövlətlərdə belə hadisələrin olması təəssüf
doğurur:


"Heç vaxt düşünməzdik ki, Fransa, Böyük Britaniya kimi özlərini "demokratiyanın beşiyi" adlandıran dövlətlərdə belə hadisələr ola bilər. Deməli, ölkələrin xüsusi xidmət orqanları o icmaların arasında öz işini elə qurmalıdır ki, istənilən vaxt belə təxribalartın qarşısı alınsın.Adrıq beynəlxalq güc beynəlxalq hüququ üstələyib. Heç kim beynəlxalq hüquq ilə razılaşmır, öz bildiklərini edirlər. Burada cəzasızlıq mühiti əsasdır. Əgər belə məsələlər baş verirsə, demək ki, gücləndirilmiş iş rejiminə keçilməlidir. Səfirliklərin qorunması daha ciddi tərzdə təmin olunmalıdır".


Fəridə
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər