Ru
19:00 / 21 İyun 2022

Şəhərdən kəndə köçən jurnalist: həyat yoldaşı ilə birlikdə ekoqəsəbə yaratmaq istəyirlər - VİDEO

19497

Şəhərdən kəndə köçən ailə Ekoqəsəbə yaratmaq istəyirlər...


13 il əvvəl şəhərdən kəndə köçən Cəmşid və Vəzifə burada ekoqəsəbə yaratmaq istəyir.


Rayondan şəhərə axın olduğu bir vaxtda Vəzifə və Cəmşid şəhərdən kəndə köçüb.


Hazırda 13 il əvvəl yerləşdikləri Goranboyun Yenikənd kəndində yaşayırlar.


Cəmşid Quliyev ixtisasca jurnalistdir. Kəndə köçməzdən əvvəl müxtəlif media qurumlarında çalışıb.


Onlar burada ekoferma yaratmaq istəyirlər.


Əvvəl Cəmşid 1-2 inək alıb, getdikcə onların sayını artırıblar.


Vəzifə inəklərin südünü sağıb, ondan ayran, yağ hazırlayır. O, vaxtının çox hissəsini bağçada işləməklə keçirir, əkib-biçir.
Cəmşid də arı pətəkləri ilə məşğul olur.


Onlar ekoqəsəbə ideyası ilə bağlı fəaliyyət göstərsələr də, qurumlardan dəstək olmadığını bildiriblər.


“İnsanlar təbii ki, əldə etdikləri məhsuldan özləri üçün istifadə etməklə yanaşı, həm də satış etmək istəyirlər. Bura da kənd olduğu üçün insanlar malını satmaqda çətinlik çəkir. Çünki əksəriyyəti kənd təsərrüfatı ilə məşğuldur, alıcı yoxdur. Şəhərə göndərmək də nəqliyyat məsrəfləri, məhsulun xarab olması kimi problemlərə görə sərf etmir. Nəzərdə tutduğum təsərrüfatın bir restoranı və kiçik mehmanxanası olsa, bu qeyri-adi təsərrüfatı görmək istəyəcəklər. Artıq müştərin də olacaq. Satış istəyini də restoranda realizə edə bilərik”.


O, ekoqəsəbə ideyasını illər əvvəl İqtisadi İnkişaf Nazirliyinə təqdim edib. Bu ideya bəyənilib və qurumların da yardım edəcəyi bildirilib. Amma bu yardım məsələsi hələ də vəd olaraq qalır.


Bakupost.az AzadlıqRadiosunun materialını təqdim edir:





Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər