Ru
20:00 / 18 Yanvar 2023

"Şəhərli olmaq üçün meyxananı sevməliyəm?" - Deputatdan sərt reaksiya

3329
“Bəhram Bağırzadənin söylədiyi fikirlərə təpki və bəraətlər davam edir. Şəhərlilərlə rayonlular arasında demarkasiya xətti çəkmək istəyənlər var. Bağırzadənin məkan kimi restoranları götürməsi qıcıq yaradıb. Məgər fərqlillik yalnız restoranda özünü biruzə verir? Niyə tet-a-teta görüşlərdə, hüzür yerində və səyahətlərdə şəhərli-rayonlu söhbəti ortaya çıxmır? Götürək teatrı. "Planet Parni iz Baku"nun konsertlərində rayondan​ gələnlər bərk gülür, yoxsa şəhərlilər? Hüzür yerlərində Fatihə surəsini hansı təbəqə ucadan oxuyur?”.


Bakupost.az xəbər verir ki, bunu millət vəkili Etibar Əliyev deyib.

O bildirib ki, restoranlarda ucadan danışmaq heç bir təbəqələşməyə əsas vermir:

"İnsanı bir-birində fərqləndirən onun təhsili və tərbiyəsidir. Bu normal şəkildə verildikdən sonra şəhərli-rayonlu söhbəti itib-batacaq:

“Rayonluya deyək ki, niyə ucadan gülürsən? Mən şəhərli olmaq üçün meyxananı sevməliyəm? Aşıq havalarını bu janrdan qat-qat üstün tuturam. Bunun özü də ayrı-seçkilik yaratmağa imkan vermir. Bakı Dövlət Un­iversitetində oxuduğumuz illərdə mexanika -riyaziyyat fakültəsində Arif Babayev kimi bakılı alim dərs deyirdi. Hüquq fakültəsində isə rayonlarımızın birindən gəlib professor elmi adını almış Məmməd Xələfov kimi şəxsiyyət vardı. Onlar eyni mədəniyyətin daşıyıcısı idilər. Yetişdirdikləri alimlərə heç bir region fərqi qoymurdular. Nəsillərin dəyişməsinin dəyərlərə təsiri öyrənilməlidir. Problem budur. Belə ayrıseçkilik yığışdırılmalıdır”.

Sevinc
BakuPost
Şərhlər
  • "deputata"

    Meyxanann bu məsələyə nə dəxli? Məsələyə bir az düşünüb cavab vermək yaxşı olarheyf ki,belə dəyaz şəxslər Millət vəlili yazılır.Şəhər mədəniyyəti sözünün mənasını anlamaq,Bakının indi bu sahədə nə hala gəldiyini görməzdən gəlmək olmaz.!

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər