Ru
10:05 / 20 Sentyabr 2022

Şəhid Səbuhinin qardaşı ilə ürəkdağlayan yazışması: "Sentyabrda gəl" - FOTO

2771

Ermənilərin son təxribatı zamanı şəhid olan Səbuhi Əhmədovun qardaşı ilə yazışması yayılıb.


Bakupost.az bildirir ki, fotoda 2 qardaşın iyulun 18-də yazışmaları əks olunub.


Belə ki, Səbuhi mesajında hər şeyin yaxşı olacağını, evinin, ailənin önəmli olduğunu vurğulayaraq, sentyabrda, yoxsa dekabrda məzuniyyətə gəlim?, - deyə sual verir.


Qardaşı isə “sentyabrda deyərəm gələrsən”, deyə cavab verir.


Xatırladaq ki, Səbuhi Əhmədov sentyabrın 13-də Ermənistan ordusunun sərhəddə törətdiyi təxribat nəticəsində şəhid olub. Valideyn himayəsindən məhrum olmuş Səbuhi SOS uşaq evində böyüyüb.


O, İkinci Fəxri Xiyabanda dəfn olunub.



Aygün
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər