Yanvarın 20-si Şəhidlər xiyabanında bir qrup şəxs ziyarətçilər üçün əvvəlcədən təşkil olunmuş növbəlilik prinsipini pozmaqla orada qarışıqlıq yaratmağa cəhd göstərib.
Bu barədə
Bakupost.az -a DİN Mətbuat xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib.
Onun sözlərinə görə, cəhdin qarşısı alınıb: “Onlardan biri - Anar Hüseynov polisin qanuni tələbinə qəsdən tabe olmadığına görə saxlanılıb və inzibati qaydada həbs olunub”.