Ru
15:14 / 25 Yanvar 2023

Şəkər dərmanları ilə bağlı açıqlama: "Texniki səhvdir"

2498

Ötən gün Xətai rayonu ərazisində yerləşən 32 saylı Birləşmiş Şəhər Xəstəxanasında qeydiyyatda olan şəkərli diabet xəstələrinin pulsuz verilən dərmanları ala bilməməsi ilə bağlı xəbər vermişdik.


Məsələ ilə bağlı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən (TƏBİB) Bakupost.az -a bildirilib ki, 32 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında qeydiyyatda olan şəkərli diabet xəstələri dərman təminatı üçün xəstəxananın həkim-endokrinoloqu tərəfindən yazılmış reseptlər əsasında mərkəzləşdirilmiş aptekin yerləşdiyi 18 nömrəli Birləşmiş Şəhər Xəstəxanasınının aptekinə yönləndirilir:

“Bu məsələ ilə bağlı 18 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının aptekində yoxlama aparılıb və məlum olub ki, aptek müdiri tərəfindən 2023-cü ilin yanvar ayı üçün “mepril 4” dərmanının sifarişi zamanı texniki səhvə yol verilib, nəticədə dərmanın sifarişi həyata keçirilməyib. Bu məsələ dərhal rəhbərlik tərəfindən nəzarətə götürülüb və problem aradan qaldırılıb. Xəstəxananın aptek müdiri barəsində isə müəssisənin rəhbərliyi tərəfindən intizam tənbehi tətbiq olunub”.

Aygün
BakuPost

Həmçinin oxuyun:

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər