Ru
19:02 / 19 Noyabr 2022

Şəkidə 4 yaşlı uşaq mürəbbə qazanına düşdü

3375
Şəkidə 4 yaşlı uşaq mürəbbə bişirilən qazana düşərək yanıb.



Bakupost.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun Köndələn kənd sakini, 2018-ci il təvəllüdlü Əlizadə Ömər Səxavət oğlu yaşadığı ünvanda mürəbbə bişirilən qaynar qazana yıxılaraq yanıq xəsarətləri alıb.



Yaxınları onu Şəki rayon Mərkəzi xəstəxanasına aparıblar. Azyaşlının vəziyyəti nəzərə alınaraq müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilməsinə qərar verilib.



Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər